Rusiyanın Moskva vilayətində 5 hərbi avtobusla yük maşının toqquşması nəticəsində 4 hərbçi ölüb, 20 nəfər yaralanıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı Moskva vilayəti təcili tibbi xidməti yayıb.
Ölən və yaralananlar hərbçilərdir. 5 avtobusa ziyan dəyib. Qəzanın səbəbi araşdırılır.












