Moskvada Azərbaycan kafesinə hücum edildi

Moskvada Azərbaycan kafesinə hücum edildi

Naməlum adamlar Rusiyanın paytaxtı Moskvanın qərbindəki Mosfilmsk küçəsində Azərbaycan mətbəxi kafesinin vitrinlərini sındırıblar.

NOCOMMENT Report-a istinadən xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib. Qeyd edilir ki, hadisəni törədən şəxslər sonra gizləniblər.

“Hadisə Mosfilmovsk küçəsində oldu. Naməlum adamlar Azərbaycan mətbəxi kafesinin vitrininə bir neçə daş atdılar, sonra avtomobillərdə hadisə yerindən uzaqlaşaraq gizləndilər”, – deyə agentliyin həmsöhbəti söyləyib.

Mənbə əlavə edib ki, hazırda hücum edənlər axtarılır.