NOCOMMENT.az Modern-az -a istinadən Gorus-Qafan yolunda post quran Azərbaycan hərbçilərini və “Azərbaycana xoş gəlmisiniz” banerini görən ermənilərin necə təlaşa düşdüklərinin isbatı olan bir səs yazısının tərcüməsini təqdim edir.
“Yazırdılar ki, gəlin göstərin. Baxın bunlar hamısı azərbaycanlılardır. Baxın, Azərbaycana xoş gəlmisiniz! Görün Syünik (Zəngəzur) necə Azərbaycanın ərazisinə daxil edilib. Görürsünüzmü ay yatmışlar. Ay Türk törəmələri, ay vətənsizlər, hamınız Türk törəmələrisiniz, hamınız. Bura Vorotan kəndinin yoldur. Buyurun, Azərbaycana xoş gəlmisiniz! Deyirdiniz Türk yoxdu orada. İndi baxın. Ey Nikolik. Nikolik… Sənin Vətən anlayışın yoxdu. Bu bir gün sizin evinizə də gələcək. Sizin evinizə.Hardasan Armen Xaçaturyan, hardasan? Bura bizim tarixi Syünikimizdir. Biz oranın sahibləriyik. Bizim İrəvandakı o diz çökmüşlərlə əlaqəmiz yoxdur. Baxın, baxın bu sizin dediyinizin cavabıdır. Görürsünüzmü Azərbaycanın xəritəsini? Baxın İrəvan da bu xəritədəki ərazinin içindədir. İrəvandakılar da bircə kommentlər yazmağı bacarırsınız. Nikol, sən buna görə cavab verəcəksən. Sənin qeyrətin yoxdur. Yalnız bizimkilərin üstünə şeşələnirsən. Kişisənsə gəl buraya. Gör nələr olur. Bir daha deyirəm. Sən xainsən. Bir daha deyirəm XAİNSƏN. Bura Vorotanın hissəsidir. Bizim torpaqlardır. Tarixi Syünik ərazisidir. Mənim harada bulunduğumu bilmək istəyirsinizsə bura haradır deyim. Gorusdan gedərkən Tsager adlanan yerdəyəm. Bir daha baxın. Ay İrəvanda evlərinə girib yatanlar. Baxın onlara baxın. Azərbaycanın xəritəsini görürsünüz? Geğarkunik. ( Göyçə) sən də onun içinə daxil edilmisən. Baxın, gördükləriniz hamısı, hamısı Türklərdir. Nikol!!! Ey vətəni olmayan gəda. Bəlkə görmürsünüz. Bax bu it sizdəndürüst oğlandı. Nikol sən Vətən qeyrəti olmayan birisisən…













