Növbəti köç karvanları Sos kəndinə və Qırmızı Bazara çatdı

Növbəti köç karvanları Sos kəndinə və Qırmızı Bazara çatdı

Növbəti köç karvanları Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə çatıb.

NOCOMMENT.az  xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 21 ailə – 89 nəfər və Sos kəndinə 20 ailə – 80 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bununla da Sos kəndinə köçürülən ailələrin sayı 39-a (158 nəfər), Qırmızı Bazar qəsəbəsinə köçürülənlərin sayı isə 51-ə (199 nəfər) çatıb.