Qarşılıqlı təhqirdən və bir-birinə hücum etmədən sonra Ruben Akopyan Ermənistan Televiziya və Radio Komissiyasının vakant üzvü vəzifəsinə namizədliyini geri götürüb.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Akopyan keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin Təhsil, elm, mədəniyyət, diaspor, gənclər və idman daimi komissiyasının iclasında onun namizədliyinin müzakirəsi zamanı insident yaşanıb.
Akopyan vurğulayıb ki, komissiyanın iclasının bu qədər uzun sürdüyü bir hadisə xatırlanmayacaq: “KTR-in üzvlüyünə namizəd məsələsi iki gün komissiyada müzakirə olundu və bütün bu müddət ərzində gündəlikdə praktiki olaraq heç bir müzakirə aparılmadı. Bütün bunlar təhqir və ittihamlarla qaynayıb-qarışıb. Komissiyanın iclasında bütün bu ittihamlara cavab verəcəkdim, amma müzakirələr nəticəsində başa düşdüm ki, namizədliyimi geri götürməliyəm”.
Məlumat üçün qeyd edək ki, namizədliyi müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyaları tərəfindən irəli sürülən Ruben Akopyan məsələnin müzakirəsi zamanı dava düşüb. Komitənin iclasında əvvəlcə şifahi atışmalar, daha sonra qarşılıqlı təhqirlər yaşanıb. Bundan sonra Ruben Akopyan binanı tərk edib və iclasa fasilə verilib.











