Paşinyan Aparat rəhbərini işdən çıxardı

Paşinyan Aparat rəhbərini işdən çıxardı

Nikol Paşinyan Nazirlər Kabineti Aparatının Xarici əlaqələr şöbəsinin rəhbəri Qraçya Taşçyanın tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qərarda qeyd edilib: “Qraçya Taşçyan Baş Nazir Aparatının Xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən azad edilsin” .

Qeyd edək ki, Qraçya Taşçyan noyabrın 26-da Nikol Paşinyanla Soçiyə gedib.