Paşinyan bu gün İlham Əliyevlə görüşmək istəyir

Paşinyan bu gün İlham Əliyevlə görüşmək istəyir

Bu gün Moskvanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Qazaxıstan liderləri iştirak edəcəklər.

Verilən məlumata görə, sammit çərçivəsində ümumi yığıncaqdan əlavə, fərdi söhbətlər də aparılacaq. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan feysbukda canlı yayımda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə danışmaq niyyətində olduğunu bildirib: “Hələ ki, ikitərəfli görüşdən söhbət getmir, lakin qeyri-rəsmi görüşün baş tutacağı ehtimalı var”.