Paşinyan erməni kilsəsini heçə saydı

Paşinyan erməni kilsəsini heçə saydı

Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin rəhbərliyi ilə İrəvanda Müqəddəs Qriqori İlluminator kilsəsində keçirilən Milad mərasimində iştirak etməyib.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, ümumiyyətlə, mərasimə hökumətin heç bir nümayəndəsi qatılmayıb. Hətta prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyan da dini ayinə gəlməyi lazın bilməyib.

Ermənistan KİV-i hökumətin bu davranışını Erməni Apostol Kilsəsinə sayğısızlıq kimi qiymətləndirib.

“Artıq 3-cü ildir ki, hakimiyyət Milad mərasiminə qatılmır, bu da Apostol Kilsəsinə, bütün ermənilərin katolikosuna və ümumilikdə inanca açıq hörmətsizlikdir”, – deyə “Hraparak” qəzeti yazıb.

Hakim elitanın nümayəndələri isə heç bir dəvət almadıqlarını və buna görə də mərasimdə iştirak etmədiklərini iddia edib.