Paşinyan öz müşavirini Zəngəzura ezam etdi

Paşinyan öz müşavirini Zəngəzura ezam etdi

Ermənistan baş naziri Nikol Paşinyanın müşaviri Robert Qukasyan Sünikə (Zəngəzur) ikiaylıq ezamiyyətə gedəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə baş nazir müvafiq qərar imzalayıb.

Qərara əsasən, ezamiyyət fevralın 16-dan aprelin 16-dək davam edəcək.

Bildirilib ki, Robert Qukasyanın ezamiyyəti ilə bağlı xərclər dövlət büdcəsində nəzərdə tutulmuş Baş nazir aparatının daxili ezamiyyətləri hesabına ödəniləcək.

Qeyd edək ki, Robert Qukasyan 2019-cu il avqustun 22-də Ermənistan baş nazirinin müşaviri təyin edilib.