Ermənistanda İnvestisiya Komitəsi yaradılacaq.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, hökumətin rəmi məlumatına görə, müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Komitə investisiya proqramlarının qiymətləndirilməsi və qəbulu ilə məşğul olacaq, onların dövlət prioritetlərinə uyğunluğunu, prioritetlər siyahısının tərtibi və müəyyən edilməsi qaydasını yoxlayacaq. Komitənin sədri Paşinyan özü olacaq.












