Paşinyanın arvadı yenə erməniləri qəzəbləndirdi – FOTOLAR

Paşinyanın arvadı yenə erməniləri qəzəbləndirdi – FOTOLAR

Son günlər sosial şəbəkələrdəki yersiz paylaşımları ilə erməni cəmiyyətini tez-tez qəzəbləndirən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan növbəti dəfə qınağa tuş gəlib.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Anna Akopyan bu dəfə Oskar adlı pişiyi ilə birgə fotosunu yayımlayıb.

Akopyan fotolara əlavə olaraq yazıb: “Oskarla kitab oxumaq güclü əsəb və əzm tələb edir”.

Baş nazirin xanımının paylaşımı yenidən müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə Anna Akopyanı qınayanlar bildiriblər ki, onun tez-tez lüks həyat tərzini nümayiş etdirməsi cəmiyyəti təngə gətirib.

Ermənistan mətbuatı da bu xəbərə geniş yer ayırıb.