Paşinyanın evi qarşısında özünü yandırdı

Paşinyanın evi qarşısında özünü yandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyanın evi qarşısında naməlum şəxs özünü yandırmağa cəhd edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi təsdiq edib.

Dünən gecə Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə İrəvanın Paronyan və Dəmirçyan küçələrinin kəsişməsində bir nəfərin özünü yandıraraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polislər yanğını dərhal söndürüblər. Özünü yandırmağa cəhd edən şəxs huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.