Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan yanvarın 27-də koronavirus testindən keçib.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Arutyunyanın testinin cavabı mənfi olub.
Məlumata görə, Araik Arutyunyanın testdən keçməsinin səbəbi dünən koronavirusa yoluxduğu açıqlanan baş nazir Nikol Paşinyanla təmasda olmasıdır.
Belə ki, Araik Arutyunyan yanvarın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Həmin gün baş nazir Nikol Paşinyanın və Araik Arutyunyanın sədrliyi ilə Qarabağ separatçılaının problemləri müzakirə olunub.
Ermənistan hökuməti yanvarın 26-da baş nazir Nikol Paşinyanın koronavirus testindən keçdiyini və nəticənin müsbət çıxdığını açıqlayıb. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib.











