“Moskvada Qələbə Gününün qeyd olunmasına xarici liderlərdən heç kəs dəvət olunmayıb”.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, buna səbəb 2022-ci ilin yubiley tarix olmamasıdır.
Peskov, həmçinin bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun da mayın 9-da Rusiyaya səfər edəcəyi gözlənilmir.
Qeyd edək ki, Rusiya mediasında Lukaşenkonun mayın 9-da Moskvaya səfər edəcəyi barədə məlumat yayılmışdı.












