Azərbaycan və Türkiyə vətəndaşlarının Ermənistanda daşınmaz əmlakları var.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daşınmaz Əmlakın Kadastr Komitəsinin sədr müavini Arman Petrosyan açıqlama verib.
“Türkiyə vətəndaşlarının daşınmaz əmlaklarının sayı 100-ə çatmır. Onu da qeyd edək ki, Türkiyə vətəndaşlarının milliyyətcə türk olması şərt deyil. Azərbaycan vətəndaşlarına gəldikdə isə onların sayı 10-a qədərdir və yenə də onlar milliyyətcə azərbaycanlı deyillər”, – deyə Petrosyan bildirib.
Sədr müavini qeyd edib ki, bu göstəricilər respublikanın təhlükəsizliyi baxımından əhəmiyyətli deyil.












