PKK-nın baş terrorçusundan hücum etirafı

PKK-nın baş terrorçusundan hücum etirafı

PKK terror təşkilatının lideri Duran Kalkan İstanbul teraktından sonra etiraf kimi açıqlamalar verib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, çıxışında “noyabr” vurğusu diqqət çəkən baş terrorçu hər zaman hərəkətdə olacaqlarını söyləyib.

PKK-nı “şəhidlər partiyası” adlandıran Kalkan bildirib: “Şəhidlərin xatirəsini yad etmək böyük mübarizə, noyabrda təsiredici addımlar atmaq deməkdir. Noyabrın 6-da hərəkətə keçdik, partizan müqaviməti belədir”.

Baş terrorçu davamlı hərəkətdə olacaqlarını vurğulayıb: “Bu, kiçik, böyük və ya çox fərqli olacaq, amma hər yer hərəkət yeri, hər an hərəkət anı olacaq. Qadınlar, gənclər, uşaqlar, qocalar üçün hərəkətdə olacağıq. Bunu həyat tərzi kimi qəbul edirik. Heç kim sonun gəlməsini gözləməməlidir”.

PKK terror təşkilatının noyabrın 13-də Türkiyənin İstanbul şəhərində törətdiyi qanlı aktda 6 nəfər həyatını itirib, 100-ə yaxın insan yaralanıb.