Putin “Xerson Xalq Respublikası”nı elan edəcək – Ukrayna kəşfiyyatı

Putin “Xerson Xalq Respublikası”nı elan edəcək – Ukrayna kəşfiyyatı

“Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Ukraynada uğurunu nümayiş etdirmək üçün mayın 9-dək vaxt lazımdır. Rusiya lideri Xerson vilayətində qondarma “Xerson Respublikası”nın yaradılması ilə bağlı referendumun keçirilməsi üçün hər şeyi edəcək və Rusiya Federasiyasının tərkibinə daxil olmaq istədiyini deyəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski “Current Time” kanalının efirində bildirib.

Onun sözlərinə görə, onlar bunu işğalçıların Ukraynadakı “qələbələrindən” biri kimi təqdim etmək istəyirlər və növbəti sırada Zaporojye və Odessa vilayətləri ola bilər. Skibitski əlavə edib ki, bu, Rusiya Federasiyası prezidentinin strategiyasıdır:

“O, hər vasitə ilə referendum keçirmək üçün hər şeyi edəcək və deyəcək ki, “Xerson vilayətinin əhalisi” “Xerson Xalq Respublikası”nı elan edib və Rusiyanın tərkibinə daxil olmaq istəyir. Növbəti mərhələdə Zaporojye, Odessa vilayətləri də eyni taleyi yaşaya bilər. Bu, Putinin keçmiş Sovet İttifaqının müstəqil dövlətləri ərazisində həyata keçirməyə çalışdığı strategiyasıdır”.