Qaçaq Nəbinin kəndi azad olundu

Qaçaq Nəbinin kəndi azad olundu

Azərbaycan Ordusunun bu gün işğaldan azad etdiyi kəndlər arasında Qaçaq Nəbinin kəndi də var.

NOCOMMENT xəbər verir ki, xəbər verir ki, Prezident bu gün Qubadlının Aşağı Mollu kəndinin də erməni işğalından azad edildiyini Tvitterdən elan edib.

Xatırladaq ki, Qaçaq Nəbi 1894-cü ildə Aşağı Mollu kəndində anadan olub. Aşağı Mollu kəndi Həkəri çayının sağ sahilindədir. Kəndi XVI-XVIII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gəlmiş ailələr salıblar. Kənd Rusiya çarlığı dövründə Zəngəzur qəzasına, sonradan isə Qubadlı rayonuna daxil olub.