Qalıqları tapılan erməni hərbçilərin sayı ARTDI

Qalıqları tapılan erməni hərbçilərin sayı ARTDI

Aparılan axtarış işləri nəticəsində daha bir erməni əsgərinin cəsədi tapılıb.

NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, qalıqlar Füzuli rayonu ərazisində aşkar edilib.

Məlumata görə onun şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdirəcək.

Qeyd edək ki, indiyə kimi Dağlıq Qarabağın Azərbaycan ordusunun nəzarətində olan hissəsində ümumən 1596 erməni hərbi qulluqçusunun cəsədi aşkarlanıb.