Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri tərəfindən təxminən 24,2 min partlayıcı obyekt zərərsizləşdirilib.
NOCOMMENT xəbər verir ki, sülhməramlılar minaların təmizlənməsi və yaşayış məntəqələrinin kənarlarının təmizlənməsi zamanı hərbçilərin təhlükəsizliyini təmin etməyə və hər cür hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edirlər.
23 noyabr 2020-ci il tarixindən etibarən sülhməramlı qüvvələrin mühəndis bölmələri 1191,3 hektar ərazi, 350 km-dən çox yol, 1170 yaşayış binası, o cümlədən 29 sosial əhəmiyyətli obyektlərdə təxminən 24,2 min partlayıcı obyekt zərərsizləşdiriblər.
Kəşf edilmiş partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Daşına bilməyən partlayıcı sursatlar, bütün təhlükəsizlik tədbirləri görülməklə yerindəcə məhv edilir.












