Dağlıq Qarabağda rus sülhməramlılarının avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu varədə “Sputnik Armenia”ya Dağlıq Qarabağ FHN-dən məlumat verilib.
Avtoqəza Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də qeydə alınıb. Məlumata görə, “Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus “Ural” markalı avtomobillə toqquşub.












