Qriqoryan: Azərbaycanla dəmir yoluna dair qarşılıqlı anlaşma var

Qriqoryan: Azərbaycanla dəmir yoluna dair qarşılıqlı anlaşma var

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan regional nəqliyyat kommunikasiyalarının açılmasından danışarkən deyib ki, Bakı və İrəvan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma var.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, “dəmir yolu ilə bağlı müsbət məqamlar var”, – deyən Qriqoryan hazırda ekspertiza işlərinin aparıldığını, nəticələrini daha sonra açıqlayacağını qeyd edib.

Baş nazir müavininin sözlərinə görə, indiki mərhələdə üçtərəfli qrup konkret məqsədlərlə konkret iş aparır – bu, Ermənistan ərazisində olan həmin hissələrdə dəmir yolunun tikintisidir.

Dekabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti ilə Soçi və Brüsseldə keçirilən görüşlərdə dəmir yolunun tikintisi ilə bağlı razılığın əldə olunduğunu və təsdiqləndiyini təsdiqləyib. Bununla bağlı Ermənistanın baş naziri yolun Ermənistan hissələrinin tikintisi üçün hazırlıq işlərinə başlanılması barədə göstəriş verib.