Kiyev yaxınlığında Kadırovun qoşunlarının “mühafizə dəstələri” adlanan qrupları yerləşdirilib. Onlar əsgərlərin geri çəkilməsinə imkan vermirlər.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fyodor Venislavski deyib.
“İşğalçı qüvvələrdə müdafiə dəstələrinin yaradıldığı barədə məlumatlar var. Kadırovun qoşunlarının belə dəstələri Kiyev istiqamətində – Kiyev dənizi, İrpen, Qostomel, Buçada yerləşdirilib. Onlar Ukrayna ordusu ilə hərbi toqquşmalardan yayınan Rusiya hərbçilərini ölümlə hədələyirlər. Yəni Stalinin və Hitlerin döyüş üsulları təkrarlanır. İosif Stalin və Adolf Hitlerin zamanında da “maneə dəstələri” istifadə olunub”, – deyə Venislavski bildirib.












