Rusiyanın Ukraynaya atdığı raketlərin ümumi dəyəri hesablanıb

Rusiyanın Ukraynaya atdığı raketlərin ümumi dəyəri hesablanıb

Rusiya Ukraynaya 7,5 mlrd dəyərində olan 1300 raket atılıb .

Müharibə zamanı Rusiya Ukraynaya 1300 raket atıb ki, bu da təcavüzkara ən azı 7,5 milyard dollara başa gəlib.

NOCOMMENT.az  “ölkə.az”a istinadən xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.

Onlar hesablayıblar ki, Rusiya Ukraynaya 235 “Kalibr” raketi atıb. Ukraynaya atılan digər növ raketlərin dəqiq sayını hesablamaq çətindir, lakin Müdafiə Nazirliyinin martın 24-də verdiyi məlumata görə, atılan raketlərin 62%-i “İskəndər”, 30%-i X sinif raketləri, və 8% “Toçka-U”-dur.

Forbesin yazdığına görə, raketlərin qiyməti çox fərqli ola bilər. Lakin “Military Russia” saytının məlumatına görə, “Tochka-U”, 2006-cı ildə Hindistanla ixrac müqaviləsinə uyğun olaraq 300 min dollar, “Kalibr”in dəyəri 6,5 milyon dollar qiymətləndirilib. X-101 sinif raketləri “Kalibr”ən daha müasir və təkmildir. Buna görə də ekspertlər hesab edir ki, onların qiyməti  “Kalibr”dən bir neçə dəfə bahadır.

Beləliklə, bütün hesablamalara görə, Ukraynada atılan raketlərin ümumi dəyəri 7,5 milyard dollara çatır.Bu məbləğ Rusiya 85 regionundan, Moskva, Moskva vilayəti və Sankt-Peterburqu çıxmaqla yerdə qalan   82-nin  illik yerli büdcəsini üstələyir.
UNIAN-ın məlumatına görə, müharibənin iki ayı ərzində Rusiya öz raket ehtiyatını iki dəfədən çox azaldıb . Müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, ruslar raket ehtiyatını bərpa etməyə çalışırlar, lakin bu, illər çəkəcək.