Ermənistanın ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun bölmələri tərəfindən məhv edilən hərbçilərinin valideynləri sabah ölkənin Baş naziri Nikol Paşinyanın həbsini tələb edəcəklər.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, valideynlər avqustun 30-da Baş Prokurorluqda olacaqlar.
“Avqustun 30-da saat 16:00-da Baş Prokurorluğa toplaşaraq baş prokuror Artur Davtyanın öz vəzifəsini yerinə yetirməsini tələb edəcəyik və hazırda Baş nazir postunu tutan, 44 günlük müharibə ərzində özünü Ali Baş Komandan elan etmiş Nikol Paşinyanı həbs edəcəyik”, – deyə valideynlərin yaydığı bəyanatda bildirilib.












