Azərbaycan Respublikasının Xarkovdakı Fəxri konsulluğu sabah 150-yə yaxın şəxsin təxliyəsini təşkil edəcək.
NOCOMMENT xəbər verir ki, bu barədə konsulluq məlumat yayıb.
Təxliyə olunacaq şəxslər sabah – martın 1-də saat 08.00-da Cənub vağzalının gözləmə zalında olmalıdırlar.
Qeyd edilib ki, bu nömrə +380630470550 vasitəsilə qeydiyyatdan keçmək lazımdır.












