Sabahdan Ağdamda minaların təmizlənməsi əməliyyatlarına başlanılacaq

Sabahdan Ağdamda minaların təmizlənməsi əməliyyatlarına başlanılacaq

Sabahdan etibarən Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq.

NOCOMMENT-in məlumatına görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini Ragim Lətifov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq Rusiya tərəfi xüsusi avadanlıqları özləri ilə Azərbaycana gətirib: “Həmin əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcək”.