Qarabağın dağlıq hissəsindəki separatçıların təhlükəsizlik şurasının rəhbəri Vitali Balasanyanın təşəbbüsü ilə fevral-may aylarında atəş hazırlığı üzrə təlimlər keçiriləcək.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, təlimlərdə məqsəd qondarma respublikanın sakinlərinin hərbi bacarıqlarını təkmilləşdirməkdir.
Təlimlərin separatçı birləşmələrin maddi-texniki təminatı əsasında həyata keçiriləcəyi bildirilib.
Vitali Balasanyan azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının əsas rəhbərlərindən biridir.












