Ermənistan baş nazirinin müavini Ambartsum Matevosyan istefa verib.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onun hansı səbəbdən istefa verdiyi açıqlanmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan da istefa verib.












