Gün keçdikcə, azərbaycanlı aktivistlərin, ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa-Laçın yolunda keçirdiyi aksiyalara dəstək artmaqdadır.
NOCOMMENT ATV-də yayımlanan kadrlara istinadən xəbər verir ki, aksiyada aksiyaçı ilə Rusiya sülhməramlısı arasında maraqlı anlar yaşanıb.
Aksiya iştirakçısı bildirib ki, sülhməramlı ilə yarım saat göz-gözə baxışdıqdan sonra, sülhməramlı onun qulağına – “İnşəAllah, Qarabağ Azərbaycandır!”, – deyib.
Həmin görüntüləri təqdim edirik:












