Sülhməramlılar erməniləri Amarasa gətirdilər

Sülhməramlılar erməniləri Amarasa gətirdilər

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının müşayiəti ilə erməni zəvvarlar Xocavənddəki Amaras məbədini ziyarət ediblər.

NOCOMMENT xəbər verir ki, bu barədə sülhməramlı missiyanın teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, Amaras Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən alban məbədidir. Məbəd Qafqaz Albaniyasında erkən xristianlıq dövründən ən müqəddəs yerlərdən biri kimi ziyarət edilib.