Sülhməramlılardan daha bir özbaşınalıq: Qarabağa qanunsuz buraxılan xaricilər kimdir?

Sülhməramlılardan daha bir özbaşınalıq: Qarabağa qanunsuz buraxılan xaricilər kimdir?

Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım atıblar.

NOCOMMENT qafqazinfo-ya istinadən verdiyi məlumata görə, rusiyalı sülhməramlılar tərəfindən Qarabağ ərazisində 14 xarici ölkə vətəndaşının keçidi təmin olunub. Onların xarici ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və ya digər müvafiq təyinatlı şəxslər olması barədə məlumatlar var.

Mənbə bildirib ki, hazırda məsələ araşdırılır və müvafiq dəqiqləşdirmədən sonra Qarabağa keçidi təmin olunmuş xaricilərin kimliyi barədə əlavə məlumat veriləcək.