“Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan kəndinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil hədiyyə olunub.
Şirkətin rəhbəri bildirib ki, həmin görüntüləri izləyəndə fərəh hissi keçirib və elə o an da həmin əsgərə ev bağışlamaq qərarına gəlib.
Bu gün keçirilən təqdimatda mənzilin sənədləri və açarı əsgərin atası Azad Fərzəliyevə təqdim edilib. A.Fərzəliyev şirkət rəhbərliyinə minnətdarlığını bildirərək təşəkkür edib.















