Tehranın qərb hissəsində təşkilatlardan birinin sisteminin işində yaranan nasazlıq həyəcan siqnallarının işə düşməsinə səbəb olub.
NOCOMMENT xəbər verir ki, bu barədə İSNA agentliyi Tehran əyalətinin rəhbərliyinə istinadən bildirib.
Agentlik qeyd edir ki, işdəki nasazlıqdan sonra sirena kəsilib. Təşkilatın adı açıqlanmır.
Daha əvvəl – şənbə günü “Jamaran” agentliyi bildirib ki, Tehranın qərb rayonlarında həyəcanın siqnallarının səsi eşidilib.












