Türk dövlətləri hərbçilərinin birgə təlimləri keçirilir – VİDEO

Türk dövlətləri hərbçilərinin birgə təlimləri keçirilir – VİDEO

Türkiyənin İsparta şəhərində türk dövlətləri hərbçilərinin birgə təlimləri keçirilir.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Şimali Kipr Türk Respublikasının hərbçiləri iştirak edirlər.

Hərbçilər yaşayış məntəqəsində terrorçulara qarşı əməliyyatın keçirilməsini məşq edirlər.

“Birik, bərabərik və güclüyük”, – deyə Türkiyə MN-dan bildirilib.