Türkiyə ilə birgə təlimlər davam edir – VİDEO

Türkiyə ilə birgə təlimlər davam edir – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.

NOCOMMENT report-a istinadən xəbər verir ki, təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Azərbaycanın hava desantı qrupları paraşütlərlə təyin olunmuş təlim rayonuna endirilir.

Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.