Türkiyədə daha bir güclü zəlzələ oldu

Türkiyədə daha bir güclü zəlzələ oldu

Türkiyənin Manisa vilayətinin Saruhanlı bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT türk mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:21-də qeydə alınıb. Zəlzələnin episentri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İzmir, Bursa və digər ətraf bölgələrdə də hiss edilib. Dağıntı və itkilər barədə məlumat verilmir.