Paşinyan ona vəzifə verdi

Paşinyan ona vəzifə verdi

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi vəzifəsinə yeni təyinat gözlənilir.

"Hraparak" qəzetinin məlumatına görə, bu vəzifəni 26 yaşlı Melanya Arutyunyan tutacaq.

Melanya Arutyunyan hazırda hakim "Vətəndaş müqaviləsi" partiyasının gənclər strukturunun katibidir.

NOCOMMENT.az xəbər verir ki, nəşr qeyd edir ki, o, baş nazirin bütün seçki kampaniyası dövründə onu müşayiət edib. Arutyunyan bu vəzifədə təxminən 4 ildir bu postu tutan və parlamentə gedərək deputat mandatı alacaq Nazeli Bağdasaryanı əvəz edəcək. Xatırladaq ki, Bağdasaryan daha əvvəl də parlamentin deputatı olub.