Türkiyənin İzmir şəhərinin Karaburun rayonunda 4,1 bal gücündə zəlzələ olub.
NOCOMMENT xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 08:03-də Egey dənizinin sahilində qeydə alınıb. Zəlzələnin ocağı 24,46 km dərinlikdə yerləşib.












