Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb

Türkiyənin İzmir şəhərinin Foca rayonunun Mersinaki məntəqəsində KT-1 tipli hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı Türkiyəni Milli Müdafiə Nazirliyi yayıb.

Təyyarədəki hər iki pilot sağ xilas olub.

Hadisənin səbəbi araşdırılır.