Türkiyənin Konya bölgəsində baş verən zəncirvarı yol qəzası nəticəsində 5 nəfər ölüb, 38 nəfər yaralanıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə fevralın 16-da səhər saatlarında Konya-Karapınar yolunda qeydə alınıb.
Qəza zamanı sərnişin avtobusu, TIR və minik maşını toqquşub.
Hadisəyə səbəb qar yağandan sonra yolların buz bağlaması göstərilir.












