Ukrayna cəbhəsindəki rusiyalılara maral dərisi göndərildi

Ukrayna cəbhəsindəki rusiyalılara maral dərisi göndərildi

Yamalo-Nenets Muxtar Dairəsinin inzibati mərkəzi olan Salexard şəhər administrasiyası Ukraynaya qarşı müharibədə döyüşən hərbçilərə humanitar yardım üçün iki min maralı dərisi, eləcə də nəqliyyat vasitələri göndərildiyini elan edib.

NOCOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Salexard meriyasının məlumatında deyilir.

“Yükün tərkibinə 2000 şimal maralı dərisi daxildir. Bunlar sadəcə isti geyim deyil, onlar kamuflyajın və istiliyin vacib elementidir. Şimal maralı dəriləri qoşunlarımızın dayaq məntəqələrini düşmənin termal görüntüləyicilərindən mükəmməl şəkildə gizlədir və həmçinin sərt çöl şəraitində əsgərləri etibarlı şəkildə qısdırır”, – Salekhard meriyasının bəyanatında vurğulanır.

poteru.net portalının məlumatına görə, artıq Ukraynada gedən müharibədə şəhərin azı 42 sakini həlak olub. Yamalo-Nenets Muxtar Dairəsi üzrə isə həlak olanların ümumi sayı 400-ə yaxındır.

Xatirə SADİQ