“Düşmənin Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar”.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“S-300″ zenit-raket diviziyaları isə 3 təyyarəni məhv ediblər. Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar “Su-30” və “Su-35” təyyarələridir. Həmçinin “Buk M-1” zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub.
Ukraynanın “Su-25” hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endiriblər. Bombardmançı təyyarələr də uğurla işləyiblər.
Hərbi Hava Qüvvələrinin “Su-24m” təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanınsütunlarına, yanacaq və sürtkü yağları olan motor karvanlarına ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. Bayraktar TB ekipajları da xüsusi fəaliyyət göstərib”, – deyə nazirlikdən bildirilib.












