Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi iddia edir ki, Rusiya Pezidenti Vladimir Putin Uraldakı bunkerdədir.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu “Rada” telekanalının efirində Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
O əlavə edib ki, bu iddianı bir çox rusiyalı analitiklər və jurnalistlər də təsdiqləyir.
“Ardıcıl 5-ci gündür ki, Putin Uraldakı bunkerindədir. Onun bunkerdə olması faktı 100% təşkil edir. Müəyyən məlumatlara görə, o, hazırda Uraldadır. Bunu çoxları, rusiyalı həmkarlarımız – analitiklər, jurnalistlər və başqaları təsdiqləyir”, – deyə müşavir qeyd edib.
Onun iddiasına görə, Putin ətrafının və elitasının reaksiyasından narahat olduğundan bu yolu seçib: “Son 2 ildə o, ölümcül koronavirusa yoluxmaqdan qorxduğu üçün bunkerdə olub. İndi onun yeni paranoyası var”.












