Ukraynanın Belarusla sərhəddə yerləşən Volın vilayətinin Lutsk şəhərində aerodromun vurulmasını əks etdirən görüntülər paylaşılıb.
NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hərbi aerodrom Rusiya ordusu tərəfindən uzaqmənzilli raket zərbəsi ilə vurulub.
Görüntülər aerodromun yaxınlığında yerləşən yaşayış binasının sakinləri tərəfindən çəkilib və sosial şəbəkələrdə paylaşılıb.












