Vaqram Poqosyan: “Qoşunlarımız geri çəkildi”

Vaqram Poqosyan: “Qoşunlarımız geri çəkildi”

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbəri”nin “mətbuat katibi” Vaqram Poqosyan erməni qoşunlarının geri çəkildiyini etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, “Cəbhənin bəzi istiqamətlərində qoşunlar geri çəkildi”, – deyə o, “Facebook” səhifəsində qeyd edib.

Cəbhədəki acı məğlubiyyətlərini taktiki gediş adı ilə ört-basdır etməyə çalışan Poqosyanın bu etirafı böyük itkilər verən düşmənin hərbi qüvvəsinin tükənmək üzrə olduğu faktını bir daha təsdiqləyir.
Teleqraf