Qarabağ separatçılarının qondarma dövlət naziri, rusiyalı milyarder Ruben Vardanyan Laçın yolu bağlanandan sonra hər gün feysbukda canlı yayım açaraq, erməniləri təxribata sürükləyən çağırışlar edir.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu gün səhər fesybukda canlı yayıma çıxan Vardanyan internetlə bağlı problemlərə görə fikirlərini çatdıra bilməyib. Belə ki, onun canlı yayımı yarıda kəsilib.
“İnternet kəsilməsi səbəbindən canlı əlaqə pozulub. Sabah görüşəcəyik”, – deyə Vardanyan səhifəsində yazıb.












