Xankəndindən təxminən 15 km aralıda meşə zonasında yanğın başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə qondarma Dağlıq Qarabağ rejiminin “fövqəladə hallar nazirliyi” məlumat yayıb.
Bildirilib ki, yanğın təxminən 10 hektar ərazini əhatə edib, əsasən meşə zolağındakı kollar yanır.













