Strasburqda koronavirusa yoluxan Gürcüstan vətəndaşı ölüb.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib. Onun sözlərinə görə, həmin şəxs gənc qadındır.
Qeyd edək ki, bu vaxta qədər xarici ölkələrdə 5 Gürcüstan vətəndaşı COVID-19 infeksiyasından dünyasını dəyişib.












