Yerevanda 4,7 bal gücündə zəlzələ olub – YENİLƏNİB

Yerevanda 4,7 bal gücündə zəlzələ olub – YENİLƏNİB

Bu gün Yerevanda yerli vaxtla saat 15:28-də baş verən 4,7 bal gücündə zəlzələ nəticəsində bəzi binaların divarlarında çat əmələ gəlib.

NOCOMMENT.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində yaşayış binalarınının divarlarında çat yaranıb, evlərin pəncərlərinin şüşüələri sınıb.

Yeraltı təkanlar bir neçə saniyə davam edib.

Zəlzələnin episentri Yerevandan 12 km aralıda qeydə alınıb.